Qusarda avtomobil motosikletlə toqquşub, ölən var

  • By Günel
  • 26 Avqust 2024 12:18

Qusarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Mahir Verdixanovun idarə etdiyi motosikletlə Asim Babayevə məxsus “Volkswagen Touareg” avtomobili toqquşub.

Motosikletin sürücüsü xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı cinayət işi başlanılıb.

 

Gununsesi.info