
Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun keçmiş rəhbəri İsmayıl Haniyənin ölümünə cavab olaraq İsrailə vurulacaq zərbə birmənalı, hesablanmış və dəqiq olacaq.
Gununsesi.info İranın diplomatik departamentinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə söhbətində deyib.
“Ölkənin xarici işlər naziri Abbas Əraqçi deyib ki, İran İslam Respublikasının sionist rejimin Tehrandakı terror aktına cavabı qaçılmaz, dəqiq və hesablanmış olacaq”, – deyə departamentin nəşrində bildirilir.
İranlı nazir həmkarına da bildirib ki, ölkə gərginliyi artırmağa çalışmır, lakin bundan qorxmur.
Tajani öz növbəsində regiondakı qeyri-sabit vəziyyətdən narahatlığını ifadə edib və münaqişənin bütün tərəflərini təmkinli olmağa çağırıb.
Bundan əvvəl İranın BMT-dəki missiyası bildirmişdi ki, respublika İsrailə qarşı həm forma, həm də vaxt baxımından mümkün qədər gözlənilməz bir zərbə planlaşdıracaq.
Şəbnəm
Gununsesi.info