Sudanda su bəndi uçub, ölən və yaralanan var -Fotolar

  • By ilhame
  • 26 Avqust 2024 13:25

Sudanın şərqində leysan səbəbindən bədbəxt hadisə baş verib.

Gununsesi.info bu barədə Bnnbloomberg.ca-ya istinadən xəbər verir.

Qırmızı dənizin yaxınlığında yerləşən Port Sudan şəhəri üçün əsas şirin su mənbəyi olan Arbaat su bəndi uçub.

Məlumata görə, hadisə nəticəsində ən azı 60 nəfər ölüb. Həmçinin, çox sayda insan itkin düşüb. Sel evləri dağıdıb, axın nəqliyyat vasitələrini aparıb və vətəndaşları hündür yerlərə qaçmağa vadar edib.

Gununsesi.info