Dünya çempionatında finiş xəttini birinci keçən idmançıya qızıl medal verilməyib

  • By ilhame
  • 25 Avqust 2024 13:21

Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan kanoe üzrə dünya çempionatında rusiyalı idmançı Zaxar Petrov (500 metr) finiş xəttini birinci keçsə də ona qızıl medal verilməyib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, buna idmançının qayığının aşması səbəb olub.

 

Finişdə xoşagəlməz halla üzləşən Z.Petrovun nəticəsi qeydə alınmayıb.

 

Beləliklə qızıl medal moldovalı Sergey Tarnovskiyə verilib. Çexiyalı kanoeçi Martin Fuksa ikinci, Katalin Çirile (Rumıniya) isə üçüncü olub.

Gununsesi.info