Ukrayna Saratovu vurdu: Yaralılar var

  • By Günel
  • 26 Avqust 2024 11:09

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov vilayətinə “Bober” PUA-ları ilə hücum edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Saratov və Engels şəhərlərində iki hündürmərtəbəli yaşayış binası PUA-larla vurulub.

Qeyd edək ki, Ukrayna istehsalı olan “Bober” PUA-ların uçuş məsafəsi 800 km, maksimal sürəti isə 150 km/saatdır.

 

Gununsesi.info