Sabirabadda qadın öldürüldü, 17 yaşlı yeniyetmə tutuldu

  • By Günel
  • 26 Avqust 2024 16:38

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonunda qətl törədilib.

Gununsesi.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü R.Q. polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.

Araşdırma aparılır.

 

Gununsesi.info