
“Səhər raket hücumu nəticəsində sənayedəki vəziyyəti ağırdır və energetika işçiləri artıq nəticələrin aradan qaldırılması üçün çalışırlar”.
Gununsesi.info xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko Facebook sosial hesabında qeyd edib:“Vəziyyət mürəkkəbdir, hücumların nəticələri aydınlaşdırılır. Enerji işçiləri artıq onları aradan qaldırmaq üçün işləyirlər”.
Qeyd edək ki, “Ukrenergo” bütün ölkə ərazisində fövqəladə dayandırmalardan istifadə etməyi əmr edib.
Günel
Gununsesi.info