Məşhur futbol məşqçisi vəfat edib

  • By Günel
  • 26 Avqust 2024 16:05

İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Eriksson vəfat edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında dünyasını dəyişib.

Qeyd olunur ki, Sven-Yoran Eriksson xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məlumat üçün əlavə edək ki, Sven-Yoran Eriksson İngiltərə, Kot-d`İvuar və Meksika yığmalarına rəhbərlik edib. O, həmçinin, İtaliyanın “Latsio”, “Roma”, “Fiorentina” və İngiltərənin “Mançester Siti” klublarını da çalışdırıb.

 

Gununsesi.info