Uber Hollandiyada rekord məbləğdə cərimələndi

Hollandiyanın Məlumatların Mühafizəsi İdarəsi Uber-i 290 milyon avro cərimələyib.

Gununsesi.info xəbər verir ki, bu barədə NOS məlumat yayıb.

Qeyd olunur ki, tənzimləyici şirkətə məlumatların qorunması qanunvericiliyinə əməl etmədiyinə görə verilən maksimum məbləği ödəmək əmr edilib.

Avropa qərargahı Hollandiyada yerləşən şirkətə geolokasiya məlumatları, fotoşəkillər, əməliyyat təfərrüatları, şəxsiyyət vəsiqələri və s. əhatə edən xidmətdən istifadə edən avropalı sürücülərin məlumatlarını ABŞ-dakı qərargahına ötürməyə icazə verməyib.

Söhbət keçmişdə baş vermiş pozuntulardan gedir, çünki Uber 2023-cü ilin sonundan şərhlərə cavab verib və yanaşmasını dəyişib.

Şirkətin mətbuat xidmətindən tənzimləyicinin qərarını ədalətsiz hesab etdikləri üçün apellyasiya şikayəti verəcəklərini bildiriblər.

 

 

Gununsesi.info