ABŞ üçüncü dünya ölkəsinə çevrilib -Tramp

Amerika məhkəmə sisteminin korrupsiyası və nəzarətsiz miqrant axını ABŞ-ı üçüncü dünya ölkəsinə çevirir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Miçiqanda tərəfdarları qarşısında mitinqdə çıxışı zamanı danışıb.

“Əgər bu təqib davam edərsə, heç kim ABŞ-da iş görmək istəməz və biz üçüncü dünya ölkəsinə çevriləcəyik” – deyə Tramp bildirib.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlar “bir çox cəhətdən artıq ona çevrilib”.

Eyni zamanda o, ölkənin cənubundakı problemləri xatırladıb.

Bundan əvvəl Donald Trampın prezident seçiləcəyi təqdirdə hər il milyonlarla miqrantı deportasiya etməyi planlaşdırdığı bildirmişdir.

 

Afət

Gununsesi.info