Tramp ölkəni xilas edəcək -İlon Mask

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp demokrat rəqibi Kamala Harrisdən fərqli olaraq demokratiyanı və ölkəni xilas edəcək.

Gununsesi.info xəbər verir ki, bu fikri amerikalı milyarder  İlon Mask sosial şəbəkədəki X hesabında bildirib.

“Tramp demokratiyanı və ABŞ-ı xilas edəcək. Sözlərimi qeyd edin” -deyə o qeyd edib.

Eyni zamanda, iş adamı prezident seçkilərində Harrisin qələbəsinin ABŞ üçün “fəlakət” olacağını vurğulayıb.

Avqustun 20-də Mask noyabr seçkilərində qalib gələcəyi təqdirdə Trampın kabinetində işləməyə razılıq verib.

O, “Hökumətin Effektivliyi Departamenti” başlığı ilə podiumda çəkdirdiyi şəkli ilə müşayiət olunan postda “Mən xidmət etməyə hazıram” yazıb.

 

Şəbnəm

Gununsesi.info