Iran Prezidenti ilk xarici səfərini bu ölkəyə edəcək

  • By ilhame
  • 26 Avqust 2024 13:49

İran Prezidenti Məsud Peşezkian sözügedən postda ilk xarici səfərini İraqa edəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Al-Mayadeen” portalı yayıb.

Səfərin İraq Prezidenti Əbdüllətif Camal Rəşidin dəvəti ilə baş tutacağı qeyd olunub.

 

Həmçinin qeyd olunub ki, Peşezkian İraqa Nyu-Yorka planlaşdırılan səfərdən əvvəl yollanacaq.

Gununsesi.info