Hizbullahın 1000-dən çox mərmisi vurulub

İsrail Müdafiə Qüvvələrinin (IDF) təyyarələri avqustun 25-də kütləvi hücum zamanı Hizbullah hərəkatının 1000-dən çox mərmisini vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Hagari X sosial şəbəkəsində açıqlayıb.

“İsrail Hərbi Hava Qüvvələrinin yüzə yaxın təyyarəsi minlərlə “Hizbullah” mərmisini məhv edib, onların əksəriyyəti ölkənin şimalına, digərləri isə mərkəzi ərazilərə istiqamətlənib” – deyə o qeyd edib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Milli Təhlükəsizlik Kabinetinin fövqəladə iclası zamanı minlərlə raketin məhv edildiyini açıqlamışdı.

Siyasətçi əlavə edib ki, İDF “təhdidlərin qarşısını almaq üçün intensiv işləyir”.

Hizbullah da öz növbəsində hərəkatın komandiri Fuad Şükrə hücuma görə İsrailə qarşı cavab zərbəsinin birinci mərhələsinin uğurla başa çatdığını bildirib.

 

 

Şəbnəm

Gununsesi.info