Azərbaycanda icra başçısının müavini istefa verdi

  • By Günel
  • 26 Avqust 2024 14:59

Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.

Gununsesi.info bildirir ki, bu barədə Bizim.media-ya Zoya Eldarovanın özü məlumat verib. O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

Məlumata görə, Qusar Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.

Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 

Gununsesi.info