Polşa aviasiyası təhlükəsizliyini təmin etmək üçün havaya qaldırılıb

Avqustun 26-da səhər saatlarında Polşa Ukraynada baş verən silsilə partlayışlar fonunda təyyarələri göyə qaldırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Respublika Silahlı Qüvvələrinin komandanlığı qərarın “hava məkanının təhlükəsizliyini təmin etmək üçün” verildiyini qeyd edib.

Agentlik əlavə edib ki, ölkənin cənub-şərq bölgəsinin sakinləri artan səs-küy səviyyəsi ilə üzləşə bilər. Bu, Polşa və müttəfiq aviasiyasının hava məkanında işə başlaması ilə bağlıdır.

Polşa hakimiyyəti qeyd edib ki, təyyarə Rusiya Federasiyasının Ukraynanın qərbindəki hərəkətləri ilə əlaqədar qaldırılıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın bir sıra bölgələrində partlayış səsləri eşidilib.

 

 

Günel

Gununsesi.info