Putinlə Durov arasında Bakıda görüş olmayıb -Peskov

“Vladimir Putin Bakıya səfəri zamanı Telegram messencerinin yaradıcısı Pavlov Durovla görüşməyib”.

Gununsesi.info xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib: ” Xeyr görüş baş tutmayıb” -deyə Peskov jurnalistlərə deyib.

Putin avqustun 18-19-da Bakıda dövlət səfərində olub. Bəzi KİV-lərin məlumatına görə, Durov səfər zamanı Rusiya lideri ilə görüşmək təklifi edib, o, bundan imtina edib.

Fransa mətbuatının məlumatına görə, avqustun 24-də Durov Bakıdan gələn kimi Parisdə saxlanılıb.

Qeyd edək ki, iş adamına qarşı irəli sürülən iddiaların mahiyyəti hələlik məlum deyil.

 

 

Şəbnəm

Gununsesi.info