Durovun Bakıda görüşdüyü sonuncu şəxs Hüseyn Həsənov olub

Fransada saxlanılan teleqramın həmtəsisçisi Pavel Durovun Bakı səfəri zamanı bloqer Hüseyn Həsənovla görüşdüyünü əks etdirən görüntülər ortaya çıxıb.

Gununsesi.info xəbər verir ki, sözügedən videonu “SHOT” teleqram kanalı yayıb.
Bildirilib ki, Pavel Durovun həbs olunmazdan əvvəl əlaqə saxladığı sonuncu şəxs Hüseyn Həsənov olub. O, Hüseyn Həsənov və 24 yaşlı bloqer Yuliya Vavilova ilə Xəzər dənizinin sahilində yerləşən Bakının məşhur restoranından birində səhər yeməyi yeyib.
Bir neçə saat sonra Durov və Vavilova milyarderin şəxsi təyyarəsi ilə Parisə uçublar.
Gununsesi.info