Almaniyada Durovun Fransada həbsinin səbəbini açıqladılar

  • By Günel
  • 26 Avqust 2024 11:59

Bundestaqın sağçı Almaniya üçün Alternativ Partiyasının üzvü Şteffen Kotre “Telegram”ın yaradıcısı Pavel Durovun saxlanılmasına münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, o bu barədə “RIA Novosti” ilə söhbətində danışıb.

Kotre Durovun Fransada həbsinin səbəbini açıqlayıb və müxalifətə qarşı mübarizənin belə getdiyini vurğulayıb. O qeyd edib ki, alman mediası tez-tez “Telegram”ı sağçı ekstremistlər və konspirasiya nəzəriyyəçiləri üçün platforma adlandırır.

“Eyni zamanda, “Telegram” öz istifadəçilərini və müxalifətçiləri müdafiə edir, bu, Pavel Durovun məhkəməsi üçün əsl səbəb olacaq”, – deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam saatlarında Paris hava limanında saxlanılıb. Fransa məhkəmə orqanlarının məlumatına görə, o, “Telegram” vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərin ortağıdır. Durov hazırda həbsdədir və onu 20 ilə qədər həbs gözləyir.

 

Gununsesi.info