“Mançester Siti”nin futbolçusu İtaliya klubuna keçib

  • By ilhame
  • 25 Avqust 2024 16:07

İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi “Komo”ya keçib.

 

Gununsesi.info İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası komandasında 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.

 

O, ötən mövsüm İspaniyanın “Las Palmas” klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.

 

Qeyd edək ki, 21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.

Gununsesi.info