Çində yeddi şirkət kimyəvi çənlərdə yeyinti yağı daşıyıb

Yeddi Çin şirkəti kimyəvi maddələr üçün nəzərdə tutulan çənlərdə yeyinti yağı daşıdığına görə cərimələnib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bildirilib ki, kömür yanacağı yük maşınlarında daşınırıb.

Daha sonra düzgün təmizlənməmiş eyni qablarda bitki yağı daşınmağa başlanılıb. Nəticədə məhsula zəhərli maddələr daxil olub və insanlar üçün təhlükəli olub.

Qanunu pozan firmalar ümumilikdə 11 milyon yuan məbləğində cərimələnib.

Ən böyük cəriməni dövlətə məxsus “Sinograin” şirkətinin bölməsi alıb. ( 2,86 milyon yuan)

Səlahiyyətlilər, çirklənmiş yemək yağını daşımaq üçün istifadə edilən nəqliyyat vasitələrinin sahiblərini araşdıracaqlarını bildiriblər. İki sürücü barəsində isə cinayət işi açılıb.

Qeyd edək ki, Çində qida qalmaqalı ilk dəfə deyil. 2008-ci ildə 300 min insan saxta süddən zəhərlənib.

 

 

İlhamə

Gununsesi.info