AFFA rəsmisi Könül Mehdiyeva UEFA-dan təyinat alıb

  • By Günel
  • 26 Avqust 2024 15:44

AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Çempionlar Liqasının I təsnifat mərhələsinin iki matçında UEFA nümayəndəsi olacaq.

Gununsesi.info xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin iki matçında UEFA nümayəndəsi olacaq. Hər iki görüş eyni gündə – sentyabrın 4-də oynanılacaq.

K.Mehdiyeva ilk olaraq, “Qazyqurt” (Qazaxıstan) – “Sofiya” (Bolqarıstan) oyununda iş başında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

AFFA İcraiyyə Komitəsinin üzvü saat 21:00-da start götürəcək “Yunion” (Lüksemburq) – “Qalatasaray” (Türkiyə) görüşündə də eyni vəzifəni yerinə yetirəcək.

 

Gununsesi.info