Bu meyvə insan ömrünü 10 il uzadır: - Araşdırma

Dünyanın bir çox tədqiqatçıları uzun ömrün sirri üzərində işləyirlər. Sağlam və uzun ömür şansını artıran bir çox amillər var. Təbiətdə tapılan, lakin qan dövranını yaxşılaşdıran və bədəni 10 il cavanlaşdıran az tanınan bir meyvə var.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, meyvələrin sağlam xüsusiyyətlərinə diqqət çəkən bir araşdırma zamanı təbiətdə olan bəzi meyvələrin qan dövranını 45 faiz artırdığını ortaya çıxarıb.

Belə ki, tərkibindəki yüksək antioksidant  və ümumi sağlamlığa təsirini nəzərə alan “Qarağat” meyvəsi ömrü uzadan meyvələrdən biridir.

Fiziologiya üzrə professor Mark Villemsin sözlərinə görə, cəmi bir həftə qarağat istehlakı ümumi qan dövranını yaxşılaşdıra və orqanizmin bioloji yaşını 10 il cavanlaşdıra bilər.

Qarağat o cümlədən yüksək təzyiqdən əziyyət çəkənlər üçün də yaxşı ola bilər.

O, eyni zamanda C vitamini, K vitamini, kalium və antioksidantlarla zəngin olduğu üçün orqanizmdə başqa faydaları da olur. Araşdırmalara görə, bu birləşmələr yüksək təzyiqə səbəb olan ürək-damar qüsurlarına qarşı tampon rolunu oynaya bilər.

 

Orxan Saffari

Gununsesi.info