
Şimali Koreya Cənubi Koreyanı paytaxtına pilotsuz təyyarələr uçmaqda ittiham edərək, aylardır davam edən gərginliyi artırıb.
Gununsesi.info “BBC”-yə istinadən xəbər verir ki, iddialara görə, pilotsuz təyyarələr Pxenyanın üzərinə təbliğat vərəqələri səpələyiblər. Şimal bunu “silahlı qarşıdurmaya və hətta müharibəyə” gətirib çıxara biləcək təxribat kimi qiymətləndirib.
Qeyd edək ki, Cənubda bu iddiaları təsdiqlədikdən sonra Pxenyan sərhəd qoşunlarına atəş açmağa hazır olmağı əmr edildiyi söylənilib. Cənubi Koreya da öz növbəsində cavab verməyə hazır olduğunu bildirib və xəbərdarlıq edib ki, əgər vətəndaşlarının təhlükəsizliyi təhdid edilərsə, bu, “Şimali Koreya rejiminin sonu” olacaq.
Onu da vurğulayaq ki, bundan əvvəl Cənubi Koreya ilə birləşən yol partladılıb.
Orxan Saffari