Əziz Sancarın “beyin xərçəngi” araşdırması insanlarda sınaqdan keçiriləcək

  • By Günel
  • 03 Oktyabr 2024 23:15

Nobel mükafatı laureatı türkiyəli alim Prof. Dr.Əziz Sancar, xüsusilə beyin xərçəngi üçün potensial bir müalicə olaraq adlandırılan “EdU” adlı molekulu kəşf etmələri ilə bağlı siçan təcrübələrinin uğurlu nəticələr verdiyini, lakin istifadə edilmədən əvvəl yan təsirlərinin 2 il ərzində klinik sınaqlarda araşdırılması lazım olduğunu açıqlayıb. 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sancar 17 fevral 2022-ci ildə “həyəcan verici bir kəşf” olaraq xarakterizə etdiyi işi ilə bağlı ilk açıqlamasını vermişdi.

Laboratoriyasında geniş araşdırmalar aparan və siçanlar üzərində təcrübələrini davam etdirən Sancar gəldiyi elmi mərhələ ilə bağlı açıqlamalar verib.

Nobel mükafatına layiq görüldüyü “hüceyrələrin zədələnmiş DNT-ni təmir edərək genetik məlumatı necə qoruduğunu molekulyar səviyyədə xəritələşdirmək” mövzusunda 10 il çalışdığını ifadə edən Sancar, bu biliklə müxtəlif sahələrdə də, araşdırmalarını davam etdirdiyini söyləyib.

Molekulyar biologiyada ən çox istifadə edilən kimyəvi maddələrdən birinin də EdU molekulu olduğunu bildirən Sancar, elm adamlarının bir neçə il əvvəl hüceyrə mədəniyyətinə qoyulan EdU-nun həm normal hüceyrələri, həm də xərçəng hüceyrələrini öldürdüyünü kəşf etdiklərini, lakin araşdırmaların irəlilədə bilmədiklərini ifadə edib.

Beyin şişlərinin ölüm səbəbləri arasında 10-cu yerdə olduğunu ifadə edən Sancar, “qan-beyin” baryerini keçə bilməyən mövcud xərçəng dərmanlarının bu xərçəng növünə təsir etmək üçün kifayət etmədiyini bildirib.

Xərçəng xəstələrinin əksəriyyətində istifadə edilən “Cisplatin” adlı dərmanın bu baryerdən keçə bilməyəcəyini ifadə edən Sancar, EdU molekulunun heç bir problem olmadan beynə daxil ola bildiyini ifadə edərək, “Kəşfimizdə tanıtdığımız birləşmə beynə asanlıqla daxil olur və xərçəng hüceyrəsini öldürür”- deyib.

Laboratoriya təcrübələrindən sonra siçan təcrübələrinə başladıqlarını bildirən Sancar bu prosesi belə izah edib:

“Universitetlərin nevrologiya şöbələri ilə məsləhətləşərək, insan beynində şiş parçasını götürüb siçan beyin dilimlərinə yerləşdirməklə, gerçəkliyə bənzər hüceyrə ölçüsü yaradıldı. İnsan şiş hüceyrələri siçan beyninə yeridildi və biz EdU-nun beyin şişlərinin təsirinə baxdıq. Beyin şişlərində siçanlarda mövcud dərman ilk başda daha yaxşı təsir göstərdiyi halda, 30- “40 gün sonra EdU molekulunun daha yaxşı təsir göstərdiyini, yüzdə 25-ə çatdığını və mövcud dərmanlarla birləşdirildikdə nəticələrin daha yaxşı olduğunu gördük. ”

Sancar, toksikliyini və sürətlə bölünən hüceyrələrə qarşı seçiciliyini nəzərə alaraq, EdU-nun xərçəng müalicəsində istifadə imkanının ortaya çıxdığını bildirib:

“EdU-nun xüsusiyyətləri onu effektiv beyin xərçəngi dərmanının əsasına çevirə bilər. EdU bölünməyən sağlam beyin hüceyrələrini qoruyarkən sürətlə bölünən xərçəngli beyin hüceyrələrini öldürə bilər. Beyin xərçəngində EdU heyvanlarda işləyir, insanların istifadə edilməsi üçün iki il sınaqdan keçirilməlidir.” Bu müddət ərzində EdU molekulunun insanlarda yan təsirlərinə diqqət yetirməli olacağıq”.

Günel Həsənova 

Gununsesi.info