Ağcabədi polisləri tərəfindən 6 silah götürülüb

  • By Günel
  • 16 Oktyabr 2024 08:53

Ağcabədidə polis əməkdaşları tərəfindən 6 silah götürülüb.

Gununsesi.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayon sakinləri qanunsuz olaraq saxladıqları 5 tüfəngi könüllü olaraq təhvil veriblər, 1 ədəd odlu silah isə aşkarlanaraq götürülüb.

Araşdırmalar davam etdirilir.