Uzunömürlülük qidaları: Mütəxəssis danışdı

Amerikalı dietoloq Melissa Jaeger uzunömürlülük və sağlam ürək üçün beş qidadan danışıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daily Mirror yazıb.

Onun fikrincə sağlamlığını düşünənlər ilk növbədə omeqa-3 yağ turşuları ilə zəngin qidaları qida rasionuna daxil etməlidirlər.

Bunlar qoz, badam, püstə və ya çia toxumu ola bilər. Mütəxəssisin sözlərinə görə, bunların ürəyə xeyri var.

Jaeger həmçinin yüksək lif tərkibinə görə bağırsaq funksiyasını yaxşılaşdırmağa və çəkiyə nəzarət etməyə kömək edən yulaf ezmesini yeməyi tövsiyyə edir.

Dietoloq quru lobya və meyvələri də lif mənbəyi adlandırıb.

Jaeger deyir ki, qurudulmuş meyvələr də sağlam pəhrizin bir hissəsi ola bilər. O, şəkər əlavə edilmədən qurudulmuş meyvələrin qəbul olmasını vacib olduğunu bildirib.

Mütəxəssis ürəyə faydalı olan beşinci məhsul kimi zeytun yağını göstərib. Onun sözlərinə görə, onun tərkibində nisbətən az omeqa-3 var, lakin o, başqa bir vacib komponentlə – omeqa-6 yağ turşuları ilə zəngindir.

 

Gununsesi.info