
Əsrlərdir ənənəvi təbabətin bir parçası olan “zerdeçal”, dünyada “qızıl ədviyyat” kimi tanınan və bir çox sağlamlıq faydası olan, yaraların sağalmasından həzmə qədər kömək edən bir çox problemin dərmanıdır.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, bu dərman antiseptik xüsusiyyətlərinə görə həm də yaraların, dəri problemlərinin sağalmasına kömək edir.
O, infeksiyaların qarşısını almaq və daha sürətli sağalmaq üçün kəsiklər, yanıqlar və səpgilərdə istifadə edilmişdir. Aktiv birləşmə, bakteriyalarla mübarizə aparır və iltihabı azaldır.
O cümlədən, Zerdeçal alternativ tibbdə həzm sistemini yaxşılaşdıran ən təsirli təbii məhsul kimi tanınır. Həzmi yaxşılaşdırmaq, şişkinliyi azaltmaq və həzmsizliyi aradan qaldırmaq üçün tez-tez yeməklərdə istifadəolunur.
Zerdeçal qaz meydana gəlməsinin də qarşısını alır.
Zerdeçal ilə qarışdırılmış su içmək və ya onu yeməyə əlavə etmək, xüsusilə ağır və ya zəngin yeməklərdən sonra həzm problemlərinin qarşısını almağa kömək edə bilər.
Xüsusilə qrip mövsümündə toxunulmazlığı yaxşılaşdırmaq üçün isti südlə qarışdırılır. “Zərdəçal südü” və ya “qızıl süd” kimi tanınan bu içki soyuqdəymə, öskürək və tənəffüs problemləri ilə mübarizə aparmaq üçün istifadə olunur.
Orxan Saffari