Bakıda vəzifəli şəxs intihar etdi

  • By Günel
  • 21 Avqust 2024 09:14

Bakıda intihar hadisəsi baş verib.

Gununsesi.info bildirir ki, paytaxtın Nəsimi rayonu ərazisində 1979-cu il təvəllüdlü Sədi Zöhrablı icarəyə götürdüyü obyektdə canına qəsd edib.

Məlumata görə, S.Zöhrablı “Atasığorta” şirkətində departament direktoru olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info