Goranboyda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

  • By ilhame
  • 18 Avqust 2024 09:51

Goranboy rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Gununsesi.info-nun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobil maneəyə çırpılıb.

 

Qəza nəticəsində 1965-ci il təvəllüdlü S.Mirsəddinova, 2000-ci il təvəllüdlü K.Məmmədova, 1980-ci il təvəllüdlü S.Yaqubova, 2006-cı il təvəllüdlü A.Cəfərov, həmçinin sürücü xəsarət alıb.

 

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info