Dənizkənarı Milli Parkda batma təhlükəsi ilə üzləşən gənc xilas edilib

  • By ilhame
  • 19 Avqust 2024 22:43

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

 

Gununsesi.info-ya bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

 

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

 

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1995-ci il təvəllüdlü Teyyubov Anar Mahir oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info