
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Gununsesi.info-ya bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır.
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, – o deyib.