Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var

  • By ilhame
  • 18 Avqust 2024 09:42

Şəmkir rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Gununsesi.info-nun məlumatına görə, Bakı-Qazax magistral yolunun Şəmkir rayonundan keçən hissəsində avtomobil idarəetmədən çıxaraq digər nəqliyyat vasitəsinə çırpılıb.

 

Qəza nəticəsində iki nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info