Ağdaşda toyda dava - Musiqiçilər qonağı döydü

  • By Günel
  • 11 İyun 2025 21:55

Ağdaşda toyda dava düşüb.

Gununsesi.info xəbər verir ki, hadisə Ağsaray şadlıq sarayında baş verib. İlkin məlumata görə, musiqiçilərlə toy iştirakçısı arasında başlayan mübahisə sonuncunun döyülməsi ilə nəticələnib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Gununsesi.info