Medical City və Novo Azərbaycan 350 nəfər üçün sosial layihəyə başlayır — FOTO

Medical City Klinik Laboratoriya və Tibbi Marketlər şəbəkəsi Novo Azərbaycan ilə birgə əhalinin sağlamlığının qorunmasına yönələn sosial layihəyə başlayır.

Gununsesi.info xəbər verir ki, “Bu ay 350 nəfərin həyatını dəyişirik!” devizi ilə keçirilən layihənin əsas məqsədi metabolik sağlamlığın yaxşılaşdırılması, artıq çəkinin idarə olunması və şəkərli diabetlə mübarizəyə dəstək verməkdir.

Layihə çərçivəsində 350 nəfərə ödənişsiz həkim-endokrinoloq müayinəsi, bədən tərkibinin müəyyənləşdirilməsi üçün InBody analizi və bədən kütlə indeksinin hesablanması təklif olunur.

Bundan başqa, iştirakçılar Medical City klinik laboratoriyasında bütün analizlər üzrə 30 faiz güzəştdən yararlana biləcəklər. Həkim tərəfindən GLP-1 preparatı təyin olunan şəxslərə isə Medical City apteklərində istifadə etmək üçün 90 manatlıq hədiyyə vauçeri təqdim ediləcək.

Sosial layihə 2026-cı il noyabrın 11-dən 14-dək Medical City Klinik Laboratoriyasında keçiriləcək. İştirakçı sayı 350 nəfərlə məhdudlaşdırılıb. Layihədə iştirak etmək üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur.

Qeydiyyat və ətraflı məlumat üçün *5055 və ya +994 10 521 5055 nömrələri ilə əlaqə saxlamaq, həmçinin Medical City-nin sosial şəbəkə səhifələrinə müraciət etmək mümkündür.

Qeyd edək ki, layihə Medical City Klinik Laboratoriyasında (Bakı şəhəri, Füzuli küçəsi 41A) həyata keçiriləcək.

Gununsesi.info