Mitsotakis müxalifətin tənqidindən sonra İsraili Qəzzaya çağırıb

Müxalifətin tənqidlərindən sonra Yunan mətbuatına açıqlama verən Baş nazir Mitsotakis İsrailin Qəzzaya hücumlarının qəbuledilməz olduğunu bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qəzza zolağında baş verən fəlakət fonunda Avropa Birliyinin (AB) İsraillə ticarət əlaqələrini nəzərdən keçirmək qərarına qarşı çıxan Yunanıstan hökuməti, sol müxalif partiyaların tənqidindən sonra açıqlama verib.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis İsrailin 19 aydır hücum etdiyi, işğal etdiyi və blokadada saxladığı Qəzza zolağındakı vəziyyətə işarə edərək, İsrailin hücumlarını pisləyib və hücumların “əsaslandırılmaz və qəbuledilməz” olduğunu bildirib. Mitsotakis İsraili ərzaq və dərman yardımının mülki şəxslərə çatması üçün “əməliyyatlarını dayandırmağa” çağırıb.  “Son günlər Qəzzada baş verənlərin əsassız və qəbuledilməz olduğunu söyləməkdən çəkinmirəm. İsrail bu əməliyyatları dayandırmalıdır. Humanitar yardım və dərman təchizatı bərpa edilməlidir”, – Yeni Demokratiyanın (ND) lideri və baş nazir Mitsotakis Yunanıstanın Skai radiosuna bildirib.

Yunanıstanın baş naziri Qəzzada dərhal atəşkəs zərurətinə dair aydın mövqe tutduqlarını ifadə edərək, “Müttəfiqlərimizə acı həqiqəti söyləməyə borcluyuq. Mən bu həqiqəti İsrail rəhbərliyinə çatdırdım. Əgər körpü qurucusu rolunu oynayacağıqsa, bunu mənalı və davamlı diplomatiya ilə edəcəyik” deyə, həmçinin bildirib.

Orxan

Gununsesi.info