Tədqiqat: Ağaclar vulkanlar püskürməzdən əvvəl siqnal verir

NASA müəyyən edib ki, vulkanların buraxdığı karbon qazı ətrafdakı ağacları püskürmədən əvvəl yaşıllaşdırır.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırmaya görə, yüksələn maqmanın ifraz etdiyi karbon qazı ətrafdakı ağacların yarpaqlarını daha yaşıl və canlı edir.

Bu dəyişikliklər artıq NASA peykləri tərəfindən kosmosdan izlənilə bilər. 

Elm adamları maqmanın yer qabığına doğru yüksəldiyi zaman karbon qazı buraxdığını və bu qazı udmuş ​​ağacların daha sürətli böyüdüyünü, yarpaqlarının daha yaşıllaşdığını bildirdilər.

Bəyanatda bu yaşıllaşmanın kosmosdan aşkarlanacaq qədər fərqli bir siqnal yaratdığı da paylaşıldı.

NASA, Smithsonian İnstitutu, McGill Universiteti və Chapman Universitetinin mütəxəssisləri karbon qazını ölçmək əvəzinə, qazdan təsirlənən ağacları izləməyi hədəflədiklərini açıqladılar.

Bildirilib ki, bu yolla təhlükəli ərazilərə getmədən məsafədən monitorinq həyata keçirilib və xərclər azaldılıb.

Orxan

Gununsesi.info