
Cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən keçmiş taksi sürücüsünün telefonunda və digər cihazlarda onun təxminən 50 qadına cinsi təcavüz etdiyini göstərən görüntülər tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbərinə görə, Yaponiya polisi bildirib ki, keçmiş taksi sürücüsü qadın sərnişinə narkotik maddə içərək təcavüz etdiyi iddiası ilə həbs edilib.
Yapon mediası taksi sürücüsünün onlarla qadına cinsi təcavüz etmiş ola biləcəyini yazıb.
Yomiuri Shimbun qəzetinin və Jiji Press xəbər agentliyinin məlumatına görə, polis şübhəlinin 3000-ə yaxın video və fotoşəkilini aşkar edib. Sözügedən görüntülərdə şübhəlinin taksidə və ya evində 50-yə yaxın qadına cinsi təcavüz etdiyi görünür.
Tokio polisinin sözçüsü AFP xəbər agentliyinə bildirib ki, şübhəli keçən il 20 yaşlarında olan qadına yuxu dərmanı verib və bu, qadının huşunu itirməsinə səbəb olub. Taksi sürücüsü onu öz evinə aparıb, ona qarşı “uyğun olmayan hərəkət” edib.
Polisin verdiyi məlumata görə, şübhəli şəxs cinsi təcavüzün görüntülərini də lentə alıb.
Polis bu gün 54 yaşlı şübhəlini saxlayıb. Polis sözçüsü bildirib ki, şübhəli şəxs “razılıqla cinsi əlaqədə olmaq” və “cinsiyyət orqanlarının şəkillərinin çəkilməsinə qoyulan qadağanı pozmaq” ittihamları ilə saxlanılıb.
Orxan