Eurovision qalibi JJ İsrailin yarışmadan qovulmasını istəyir

İsveçrədə keçirilən “Eurovision 2024” müsabiqəsinin qalibi olan avstriyalı sənətçi JJ gələn il ölkəsində keçiriləcək müsabiqədə İsraili görmək istəmədiyini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, avstriyalı sənətçi JJ Eurovision Mahnı Müsabiqəsində qalib gəldikdən sonra mətbuata verdiyi müsahibədə 2026-cı ildə Avstriyanın paytaxtı Vyanada ev sahibliyi etməsi gözlənilən müsabiqədən İsraili kənarlaşdırmağa çağırıb.

Builki yarışmadan əvvəl Fələstini dəstəkləyən qruplar 19 aydır Qəzza zolağına hücum edən, işğal edən və blokadada saxlayan İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb etsə də, tələbləri qəbul edilməyib.

24 yaşlı JJ İspaniyanın “El Pais” qəzetinə müsahibəsində “İsrailin müsabiqədə iştirakını görmək çox məyusedicidir. İstəyirəm ki, növbəti Avroviziya Vyanada İsrailsiz keçirilsin” deyib.

Əsl adı Johannes Pietsch olan opera müğənnisi JJ İsveçrənin Bazel şəhərində keçirilən Eurovision Mahnı Müsabiqəsində “Wasted Love” mahnısı ilə İsraili qabaqlayaraq birinci olub.

Orxan

Gununsesi.info