
Şimali Koreyanın yeni hərbi gəmisi təntənəli suya buraxılması zamanı sürüşmə yolundan düşüb. Gəmi zədələndiyi üçün Kim Çen In hadisəni “cinayət aktı” kimi qiymətləndirib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər verir ki , ölkənin şərqindəki Çonjin limanında yeni esminesin istismara verilməsi mərasimi zamanı “ciddi qəza” baş verib.
500 tonluq döyüş gəmisi suya salınan zaman arxa sürüşmə yolundan sürüşərək quruya oturub. Bildirilib ki, gəminin dibi əzilib, tarazlığı pozulub və onu suya endirmək mümkün olmayıb.
Mərasimə qatılan Şimali Koreya lideri Kim Çen In komandirləri ehtiyatsızlıq və məsuliyyətsizlikdə günahlandıraraq, hadisəni “ciddi qəza” və “cinayət aktı” kimi qiymətləndirib.
Orxan