
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şəhidlər xiyabanını ziyarət edib və Birinci və İkinci Qarabağ müharibələrində həlak olanların xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Gununsesi.info bildirir ki, bu barədə adıçəkilən səfirliyin açıqlamasında deyilir.
“Bu gün biz Azərbaycan və Ermənistan arasında onilliklər boyu davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıların xatirəsini ehtiramla yad edirik. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün, uzlaşmanın və sabitliyin möhkəmləndirilməsinə sadiq qalmaqdadır. Biz regionun bütün xalqlarının rifahı naminə humanitar yardım, minaların təmizlənməsi və davamlı və layiqli sülh sazişinin əldə edilməsi səylərini dəstəkləməyə davam edirik”, deyə ABŞ səfiri Mark Libbi qeyd edib.
Gununsesi.info