Telegram orqanların ricası ilə istifadəçilərin məlumatlarını açacaq - Durov

  • By ilhame
  • 24 Sentyabr 2024 20:23

Telegram korporasiyası dünya ölkələri hüquq-mühafizə orqanlarının rəsmi sorğuları əsasında platformadan istifadə qaydalarını pozan və ondan qanunvericiliyin pozulması üçün faydalanan istifadəçilərin IP ünvanlarını və telefon nömrələrini açıqlayacaq.

 

Gununsesi.info xəbər verir ki, bunu şirkətin hazırda Fransada ona qarşı ittihamlarla bağlı istintaq altında olan rəhbəri Pavel Durov sentyabrın 23-də bəyan edib.

 

Fransa hakimiyyəti Durovu habelə cinayət işlərinin araşdırılması zamanı Fransa hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etməkdə təqsirləndirir.

 

Durov Teleqram-da yazır ki, platformadan istifadə qaydalarını yeniləyib. Onun sözlərinə görə son həftələrdə moderatorlar, o cümlədən süni intellektdən istifadə edərək axtarış sistemində potensial baxımdan ziyanlı ola biləcək kontenti platformadan siliblər.

Gununsesi.info