
“İsrail bütün dünya üçün təhlükəsizlik təhdidinə çevrilib və buna görə də BMT-yə üzv olmağa layiq deyil”.
Gununsesi.info xəbər verir ki, bunu Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclası zamanı İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.
“İndi həmişəkindən daha çox İsrail sülh və beynəlxalq təhlükəsizliyə ciddi təhlükəyə çevrilib. Bu rejim Birləşmiş Millətlər Təşkilatına üzv olmağa layiq deyil”, – deyə Əraqçi bildirib.
O, həmçinin vurğulayıb ki, İran “Hizbullah”ı dəstəkləyir və İsrail Livanda genişmiqyaslı müharibəyə başlayarsa, kənara dayanmayacaq: “Biz həmişə Hizbullah hərəkatını dəstəklədiyimizi və onun Livanı və xalqını İsrailin hücumlarından müdafiə etmək haqqını dəstəklədiyimizi demişik”.
Araqçi, həmçinin BMT Təhlükəsizlik Şurasını atəşkəsin əldə edilməsinə kömək etmək və Yaxın Şərqdə sülhün bərpası üçün müdaxilə etməyə çağırıb.
O, qeyd edib ki, regionda vəziyyət misli görünməmiş və tammiqyaslı fəlakətin astanasındadır.
Şəbnəm