Türkiyə Prezidenti: Paşinyanın Azərbaycanla normallaşma prosesinə müsbət yanaşdığını gördüm

  • By Günel
  • 27 Sentyabr 2024 16:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT-nın 79-cu sessiyası çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla baş tutmuş görüşündən danışıb.

Gununsesi.info xəbər verir ki, Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib ki, o, Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini müzakirə edib.

“Mən Paşinyanın bu məsələyə müsbət yanaşmasını gördüm. Bilirəm ki, Azərbaycanda da, bu məsələyə münasibət eynidir. İki ölkə problemi həll edərlər”, – Ərdoğan qeyd edib.

Gununsesi.info