
ABŞ və bir sıra digər NATO üzvləri Ukraynanı Şimali Atlantika Alyansına qəbul etmək istəmir.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NBC News-a eksklüziv müsahibəsində danışıb.
“Birləşmiş Ştatlar, ilk növbədə, Ukraynanın NATO-ya üzv olmasını istəmir. Bir sıra NATO ölkələri Ukraynanın alyansa üzv olmasını istəmir. Biz gördüyümüz reallıqlara əsaslanaraq qərar verməliyik”, – deyə Türkiyə lideri bildirib.
Bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın dərhal NATO-ya qəbul edilməsini tələb edib.
Şəbnəm