Bakıda güclü yanğın zamanı Xəzər TV-yə ziyan dəyib?

  • By Günel
  • 27 Sentyabr 2024 16:58

Xəbər verdiyimiz kimi, Bakı şəhər, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsində günorta saatlarında baş verən yanğın zamanı yaxınlıqda yerləşən Xəzər TV-də təxliyə həyata keçirilib.

Gununsesi.info Oxu.az-a istinadla xəbər verir ki, TV işçilərinə təhlükəsizlik məqsədilə üç-dörd saat müddətinə qaraja girmək qadağan edilib.

Buna görə televiziya binasının qarşısında post quraşdırıblar.

Həmçinin, bildirilib ki, TV-nin əmlakına ziyan dəyməyib, işçilər isə taksi və ya avtobusla evlərinə gedəcəklər. TV-nin yayımı ştat rejimində davam edir.

Hazırda yanğın söndürülüb, soyutma işləri aparılır.

Gununsesi.info