ADY-nin kollektivi Zəfər parkını ziyarət edib - FOTO

  • By ilhame
  • 27 Sentyabr 2024 19:37

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) kollektivi Zəfər parkını ziyarət edib.

Gununsesi.info bu barədə ADY-yə istinadən xəbər verir.

“Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilərək xatirə daşının önünə gül dəstələri qoyulub.

Allah qəhrəman şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayırıq”, – deyə məlumatda qeyd edilib.

Gununsesi.info