Özünü güllələyən zabit atasından halallıq istəyib

Bu gün Daxili Qoşunların Şirvandakı hərbi hissənin zabiti Ağayev Orxanın ehtiyatsızlıqdan özünü gülləməsi barədə xəbər yayılıb.

Gununsesi.info-nun əməkdaşı hadisənin təfərrüatlarını öyrənib.

Məlum olub ki, hadisə ehtiyatsızlıqdan baş verməyib.

Belə ki, bir gün öncə atasına telefon açan zabit ondan halallıq istəyib.

Məlumata görə, onunla birlikdə hərbi hissədə xidmət edən zabitlərdən biri ilə arasında konflikt olub.

 

 

Elmar

Gununsesi.info