Bir nəfər ölüb, 23 nəfər xilas edilib: - Qızıl mədənində...

Koloradoda qızıl mədənində liftin nasazlığı nəticəsində 1 nəfər ölüb, 23 nəfər xilas edilib.

Gununsesi.infoBBC”-yə istinadən xəbər verir ki, Koloradoda istifadə olunmayan qızıl mədənində liftin nasazlığı nəticəsində bir nəfər ölüb, 23 nəfər xilas edilib.

12 nəfərdən ibarət iki qrup özəl turistik Cripple Creek-də Mollie Kathleen Qızıl Mədənini gəzərkən, hadisə baş verib və qruplardan biri altı saat yerin altında qalıb.

Birinci qrupda bir nəfər ölüb, qalan 11 turist, o cümlədən iki uşaq mədəndən xilas edilib.

Onlardan dördü yüngül xəsarət alıb.

Orxan Saffari

Gununsesi.info