Saxladığı it özünü dişlədi, qolunu kəsdilər…

Avstraliyalı bir qadının qolunu öz saxladığı it dişləyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, cümə günü yerli vaxtla saat 07:00 radələrində sahilyanı Taunsvill şəhərində 34 yaşlı qadının iti qolunu dişləyərək onu ağır vəziyyətə salıb.

Beləki, it onun sağ qolunu dirsəkdən aşağı qoparıb, xəstəxanaya çatdırılarkən qadının qolu həkimlər tərəfindən tamamilə kəsilib.

Hazırda onun vəziyyəti ağırdır.

Qeyd edək ki, məlumata görə, it hadisə yerində polislər tərəfindən öldürülüb.

 

Orxan Saffari

Gununsesi.info