Mirzoyan İstanbula gedir

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İstanbulda “3+3” regional platformasının iclasında iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Qeyd edək ki,Türkiyə Xarici İşlər Nazirliyi iclasın oktyabrın 18-də İstanbulda keçiriləcəyini bildirmişdi.

Gununsesi.info

(Axar.az)